04 Noyabr

“AFB Bank” işçi axtarır – VAKANSİYA

AFB Bank Müştəri Xidmətləri Departamentində Mütəxəssis və Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis, Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Sumqayıt və Qəbələ şəhərləri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali iqtisadi təhsil;
• Yaş həddi 22 – 32;

Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;

MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
• Analitik düşüncə qabiliyyəti;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar;
• İş təcrübəsi arzuolunandır.

İŞİN TƏSVİRİ:
Kredit Sifarişlərinin qəbul olunması;

Müştərilərə kredit məhsulları barədə məlumatların verilməsi;

Kreditlərin rəsmiləşdirilməsi;
• Fiziki və Hüquqi şəxslərə bank xidmətlərinin göstərilməsi;

Ödəniş kartlarının sifariş edilməsi;
• Müştərilərin cəlb edilməsi;

Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.

Ünvan Hissəsində “Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərləri” yazılsın.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “MXD mütəxəssis, baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.