04 Noyabr

“Ziraat Bank Azərbaycan” işçi axtarır -VAKANSİYA

Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə işçi axtarır.

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;

  • Şəbəkə texnologiyaları üzrə biliklər;

  • Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;

  • Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;

  • Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;

  • Ehtiyyat nüsxəsinin yaradılması: Symantec, Veeam BackupReplication, Acronis üzrə işləmək bacarığı;

  • Antivirus sistemləri ilə işləmək bacarığı;

  • İnformasiya təhlükəsizliyi üzrə biliklər;

  • Rus və ingilis dili bilikləri arzuolunandır;

  • Müvafiq sahə üzrə 3 il təcrübə.

Əsas vəzifələr:

  • Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;

  • Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;

  • Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;

  • Elektron poçt ünvanlarının işlək vəziyyətdə olmasının təmin edilməsi;

  • Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;

  • Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;

  • Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;

  • Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;

  • Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;

  • Ehtiyyat nüsxələrinin yaradılması sistemlərinin administrasiyası;

  • Proqram təminatının monitorinqlərinin aparılması;

  • Sistem problemlərinin həlli və diaqnostikası;

  • Avadanlıqların quraşdırılması və sazlanması;

  • Dəyişikliklərin sənədləşdirilməsi.

Maaş: 1000 AZN – 1300 AZN

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 5-dək öz CV formalarını[email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK qeyd etməyiniz vacibdir.