04 Noyabr

Kapital Bank işçi axtarır –VAKANSİYA

Kapital Bank satışlara dəstək şöbəsində menecer vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında məlumat:

Vakansiya haqqında məlumat

Kapital Bank namizədləri Satışlara Dəstək Şöbəsində Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Filial şəbəkəsində Xidmət bölmələrinin ümumi işinə nəzarətin təşkil edilməsi;

  • Xidmət bölmələrinin işinin effektiv təşkilinə tələb olunan dəstəyin göstərilməsi;

  • Xidmət keyfiyyətinin artırılması istiqamətində təhlil aparılması və təkliflərin verilməsi.

Tələblər

  • İqtisadi sahədə ali təhsil;

  • Yüksək ünsiyyətqurma qabiliyyəti;

  • Təhliletmə və problem həlletmə qabiliyyəti;

  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi;

  • Bank xidməti sahəsində 3 illik iş təcrübəsi;

  • MS Office proqramlarında, xüsusilə MS Exceldə yüksək işləmə qabiliyyəti.

CV-lərinizi, mövzu hissəsində “Satışlara Dəstək Şöbəsi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.