Grad farm əczaçı axtarır. Fins.az xəbər verir ki, ali və orta təhsilli, 1 ildən artıq iş təcrübəsi olan namizədlər işlə bağlı müraciət edə bilərlər.
Namizədə tələblər:
- Şəhər - Bakı
- Təhsil – ali və ya orta tibbi təhsil
- İş təcrübəsi – 1 ildən artıq
- Azərbaycan və rus dillərini bilməli
- Problemli müştərilərlə iş qurma bacarığı
- Çalışqan və ünsiyyət qurma bacarığı
- Kompüter bilgisi
- Təcrübəsi olanlara üstünlük verilir.
İş barədə məlumat:
- Aptekdə reseptsiz və həkim resepti ilə buraxılan dərman preparatlarının və digər tibbi təyinatlı malların satışı
- Dərman vasitələrinin və tibbi təyinatlı məmulatların sifarişi və düzgün saxlanmasını təmin etmək
- Gördüyün işlər barədə rəhbərliyə zamanında hesabat vermək
Növbəli iş qrafiki – gün ərzində 7 saat
Əmək haqqı – 300 – 500 azn
Əlaqə telefonu: (055) 414 – 45 – 20