“Kaspi” Təhsil Şirkəti azərbaycan və rus bölmələri üzrə İbtidai sinif və Məktəbəqədər hazırlıq müəllimlərinin və assistent müəllimlərin işə qəbulunu elan edir.
Vakansiya tələbləri:
• Müvafiq sahə üzrə bakalavriatura dərəcəsi;
• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komandada işləmək bacarığı;
• Yüksək çalışmaq və öyrətmək həvəsi;
• Sinfin idarə edilməsi bacarığı;
• Müxtəlif yaş qruplu şagirdlər və valideynlərlə çalışmaq qabiliyyəti;
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:
• Rəqabətə davamlı əmək haqqı;
• Fərdi inkişaf imkanları;
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
İş saatları: I-V günlər
İbtidai sinif müəllimləri: 8:30-17:00;
Məktəbəqədər hazırlıq müəllimləri: Qrupların sayından asılı olaraq.
Elan tarixi: 28.09.2017
Son müraciət tarixi: 28.10.2017
• Maraqlanan namizədlərdən http://kaspi.edu.az/career linkinə daxil olmaqla onlayn müraciət formasını doldurub işə müraciət etmələri xahiş olunur.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
• Müraciət formaları ilkin baxışdan müvəffəqiyyətlə keçən namizədlər iki və ya üç mərhələdən ibarət olan müsabiqəyə dəvət olunacaqlar.