“Nikoil Bank” korporativ biznes departamentinin mütəxəssisi korporativ müştərilərlə iş üzrə mütəxəssis, Sumqayıt filialının Biznes kreditləşməsi üzrə mütəxəssis, risklərin idarəedilməsi departamentinin kredit riskləri şöbəsinin kredit portfelinin inzibatlaşdırılması qrupunun kiçik mütəxəssisi (Gəncə filialı), maliyyə monitorinqi şöbəsinin (AML, Compliance) mütəxəssisi vəzifələrinə işçilər axtarır.
Əsas tələblər:
Cinsi: kişi;
Yaş: 22-30;
Ali təhsil;
Maliyyə hesabatları ilə işləmə bacarığı
MSE və SME kreditlərinin təhlili sahəsində ən azı 3 il iş təcrübəsi;
Azərbaycan, Rus, sərbəst danışmaq bacarığı;
Ofis proqramları üzrə bilik
Şəxsi keyfiyyətlər :
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək bacarığı olmalı;
Liderlik qabiliyyətinin olması;
Ünsiyyət qurma, və problemi həll etmə bacarığı;
CV-lərinizimövzusətrində vakansiyanınadını (Korporativ Biznes departamentinin mütəxəssisi)qeydedərək, [email protected] elektronpoçt ünvanınagöndərməyinizixahiş edirik.
Korporativ müştərilərlə iş üzrə mütəxəssis
Tələblər:
Ali təhsil;
İş təcrübəsi - Hüquqi şəxslərə xidmət üzrə ən azı 2 il ;
Mərkəzi Bankın valyuta tənzimi, hesabların açılması, nağdsız ödənişlər v.s üzrə normativ aktlarını və bu sahədə digər qanunvericilik aktlarını bilməli ;
Kompyuter bacarığı: Microsoft Office-də sərbəst işləmə qabiliyyəti;
Azərbaycan və rus dillərini sərbəst bilməli (İngilis dili üstünlük sayılır);
Şəxsi keyfiyyətlər:
Komandada işləmək bacarığı olmalı;
Analitik düşünmə qabiliyyəti;
Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Korporativ müştərilərlə iş üzrə mütəxəssis)qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Sumqayıt filialının Biznes kreditləşməsi üzrə mütəxəssis
Əsas tələblər:
Ali iqtisadi/riyazi təhsil;
Maliyyə hesabatları ilə işləmə bacarığı
MSE və SME kreditlərinin təhlili sahəsində ən azı 3 il iş təcrübəsi;
Müxtəlif regionlara səfər etmə imkanı;
Analitik qabiliyyət və işgüzar fəallıq;
Komandada işləmək bacarığı;
Məsuliyyət.
Dil biliyi:
Azərbaycan;
Rus.
İngilis dili
Kompyuter bilikləri:
Microsoft office (Excel mükəmməl səviyyədə).
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Sumqayıt filialının Biznes kreditləşməsi üzrə mütəxəssis)qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Risklərin idarəedilməsi departamentinin Kredit riskləri şöbəsinin Kredit portfelinin inzibatlaşdırılması qrupunun kiçik mütəxəssisi (Gəncə filialı)
Tələblər:
Ali iqtisadi/riyazi təhsil
Bankın Risklərin idaerəedilməsi departamentinin bölməsində ən azı 1 illik təcrübə;
Təqdimatların, böyük həcmli məlumatın yığımında, təhlilində və emalın formalaşmasında təcrübə;
Analitik düşünmə qabiliyyəti və işgüzar fəallıq;
Komandada işləmək bacarığı;
Məsuliyyət
İdarəetmə qabiliyyəti, liderlik,ünsiyyət;
Dil bilikləri:
Azərbaycan;
Rus;
İngilis;
Kompüter proqramları biliyi:
Мicrosoft office (Excel mükəmməl səviyyəsi)
Əsas funksiyalar :
Kredit sövdələşmələrinin müşayiəti - Kredit sövdələşmələrinin verilmə prosesinin ABS-də rəsmiləşdirilməsi, Bankın biznes-proseslərinə uyğun kredit sövdələşmələri üzrə kredit-təminatlı sənədləşmənin hazırlanması və düzgün rəsmiləşdirilməsi, sığorta polislərin rəsmiləşdirilməsi, notariat kontorlarla və digər strukturlar ilə əməkdaşlıq;
Kredit dosyenin hazırlanması, skanı və onları sənədləşmə dövriyyəsi sisteminə tətbiq edilməsi, onları Bankda təsdiq olunmuş prosesə uyğun arxivləşdirilməsi;
Kreditlərin bağlanma hissəsində idarəetmə uçotunun aparılması;
Bankın kredit portfelinin təhlilin nəticələrinə dair məlumatın/hesabatların yığımı və təqdim edilməsi.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını “Risklərin idarəedilməsi departamentinin Kredit riskləri şöbəsinin Kredit portfelinin inzibatlaşdırılması qrupunun kiçik mütəxəssisi (Gəncə filialı)” qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik
Maliyyə Monitorinqi şöbəsinin (AML, Compliance) mütəxəssisi
Əsas vəzifələri:
Xml formatında hesabatların tərtibi;
Xarici müxbir banklar tərəfindən daxil olan sorğuların cavablandırılması;
Əməkdaşlıq etdiyimiz banklar ilə Özünüqiymətləndirmə sorğu vərəqələrinin qarşılıqlı mübadiləsi;
CRS və FATCA hesabatlarının hazırlanması;
Verilən digər tapşırıqların icra edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Yaş həddi 22-30;
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu haqqında biliklərin olması;
Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
Kompüterdən istifadə etmək bacarığı , “MS Office”;
XML üzrə biliklərin olması arzuolunandır;
Bank əməliyyatları (müxabirləşmələr) haqqında anlayışın olması;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
CRS və FATCA haqqında ümumi anlayışın olması;
Verilmiş tapşırıqları vaxtında yerinə yetirmek bacarığı;
Azərbaycan, Rus, İngilis dilində sərbəst danışmaq bacarığı;
AML (Compliance) sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (AML üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.