04 Noyabr

"Access Bank" işçi axtarır – VAKANSİYA

"Access Bank" çağrı mərkəzinin mütəxəssisi (gecə növbəsi) vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

  • Çağrı Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatın aparmaq və cavablandırmaq;

  • Bankın məhsulları haqda zəng edən müştərilərə ətraflı məlumat vermək;

  • Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət etmək və geri dönüş zəngləri etmək;

  • Elektron poçt və sosial şəbəkələr vasitəsi ilə müştərilərin suallarını cavablandırmaq.

Tələblər:

  • Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili biliyinə üstünlük verilir);

  • Kompüter proqramlarını bilmək;

  • Nəzakətlilik, ünsiyyətcillik, fəallıq, işgüzarlıq;

  • Analitik düşünmə qabiliyyəti, dəqiqlik;

  • Yaxşı tələffüzlü, məsuliyyətli, özünü ifadə etmək bacarığ;

  • Qeyri-standart vəziyyətlərdə özünü və vəziyyəti idarə etmək bacarığı;

  • Komandada işləmək bacarığı;

  • Bank sahəsində iş və Çağrı Mərkəzinin əməkdaşı qismində təcrübəsi olanlara üstünlük verilir.

Son müraciət tarxi 06.10.2017-dir. Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.