04 Noyabr

“Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik vakansiyanı elan edir

Fins.az xəbər verir ki, “Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik vakansiyanı elan edir

İşin təsviri

-Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;

- Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;

- İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;

- Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;

- Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;

- Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;

- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;

- Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq

Əmək haqqı

Razılaşma yolu ilə

Tələblər
- Ali təhsilli;

- Rus dili bilməsi arzuolunandır;

  • Ofis proqramlarında işləmə bacarıqlı;

  • 35-50 yaşlı;

  • Rus dilini bilmək olunandır

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabiliyətli;

-Ünsiyyət yaratmaq bacarıqlı;

-Fəal olması;

-İşə planlı yanaşması.

Qeyd

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

- CV-ləri [email protected] ünvanına göndərin.