Fins.az xəbər verir ki, Mətanət A şirkəti mütəxəssis vəzifəsinə vakansiya elan edib
İşin təsviri:
-
Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
-
Avadanlıq, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
-
Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
-
Alınan malların keyfiyyətinə nəzarət.
Əmək haqqı
- Razılaşma yolu ilə
Tələblər:
-
Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, IT avadanlığı və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
-
Ali təhsil;
-
Yaxşı analitik və ünsiyyət, danışıqların aparılma bacarıqları (ingilis dilini bilməsi mütləqdir, rus dilini bilənlərə üstünlük verilir);
-
Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
-
Satınalma sənədlərini hazırlama qabiliyyəti;
-
Satınalma müqavilələri ilə işləmə bacarığı;
-
Gömrüklə işləmə təcrübəsi;
-
Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
-
Kompyüter biliyi;
-
Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
Qeyd
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri [email protected] ünvanına göndərin.