Fins.az xəbər verir ki, Accesbank ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edib.
Öhdəliklər:
-
Bankın PR-strategiyasının həyata keçirilməsi
-
KİV-lə əlaqələrin quruluması, lazımi məlumatların KİV-ə təqdim olunması
-
Rəsmi məlumatların hazırlanmasında iştirak və nəzarət (press-relizlər, daxıili və xarici informasiya bülletenləri, reklam mətnləri, sayt üçün materiallar və s.)
-
Verilən məlumatlara əsasən müstəqil şəkildə şirkətin fəaliyyəti və şirkətin məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlər, məqalələr yazmaq və tərcümə etmək (azərbaycan, rus dillərinə);
-
Bankın rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi
-
Mətbuat tədbirlərinin təşkili (mətbuat-konfransı, müsahibə)
-
Media nümayəndələri ilə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlən təşkili (görüşlər, müsabiqələr, press-turlar, seminarlar və s.)
-
Korporativ Sosial Məsuliyyət və Xeyriyyəçilik layihələrinin həyata keçirilməsində iştirak
Tələblər:
-
Ali təhsil (jurnalistika, filologiya təhsili təqdir olunur)
-
Mükəmməl Azərbaycan və rus dilləri biliyi (ingilis dili biliyi təqdir olunur)
-
Kollektivdə çalışmaq qabiliyyəti və hazırlığı
-
Mükəmməl məsuliyyət hissi
-
Kompüter savadı
-
Zəruri hallarda bankın digər (o cümlədən, regional) filiallarına getmək imkanı və arzusu
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.