04 Noyabr

“AFB Bank” işçi axtarır -VAKANSİYA

“AFB Bank” ASC “Korporativ müştərilərlə iş üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.

Vəzifə: Korporativ müştərilərlə iş üzrə mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

İŞİN TƏSVİRİ:

- Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

- Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;

- Korporativ müştərilərə Bank xidmətlərinin təşkili;

- Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;

- Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

- Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

- Sahəyə aid olan qayda və normativləri bilmək;

- Gərgin iş qrafikində işləmək bacarığı;

- Maliyyə və kredit analizi bilikləri;

- Yaxşı ünsiyyət bacarıqları;

- Azərbaycan və rus dillərin səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;

- Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;

- Komandada işləmək bacarığı.

Vakansiya ilə maraqlananlar aşağıdakı linkə daxil ola bilərlər

https://afb.az/az/vacancy/17