"Optimal Elektronika" MMC Bakı üzrə monitorinq üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Departament / şöbə: Monitorinq şöbəsi
Əsas vəzifə və öhdəlikləri
• Monitorinq sənədlərini tərtib etmək;
• Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
• Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
• Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
• Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.
Namizədə dair tələblər
• İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
• 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
• Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
• MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
• Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
• Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
• İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
İş şərtləri
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
Müraciət üçün son tarix: 30/09/2017
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Monitorinq üzrə Mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.