“ABB” ASC Korporativ Biznes Departamentinin Kreditin Təhlili Şöbəsinə Maliyyə təhlili üzrə təcrübə proqramı üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Vakant vəzifə üzrə tələblər:
Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
CFA Səviyyəsi üzrə müəyyən bilgilərə sahib olmaq;
Maliyyə hesabatların təhlili, Şirkətin qiymətləndirilməsi bacarıqları;
Analitik və strateji baxış bacarıqları;
Yüksək şəxsi keyfiyyətlər;
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
Excel, PowerPoint, Word proqramlarındə sərbəst istifadə qabiliyyəti.
Şəxsi keyfiyyətlər:
Problemləri həll etmə bacarığı;
Təqdimat bacarığı;
Analatiki bacarıqlar;
Vaxtın idarəedilməsi;
Ünsiyyət bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
• Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
• Təşkilatların maliyyə analizlərinin aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 sentyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Təcrübəçi - Maliyyə Təhlili)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az