04 Noyabr

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır –VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası mətbuat katibi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli(Humanitar/İqtisadiyyat istiqaməti üzrə ali təhsil), analoji sahə üzrə 5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər:

- Ali təhsil (Humanitar/İqtisadiyyat istiqaməti üzrə ali təhsil)

- Analoji sahə üzrə 5 il iş təcrübəsi;

- Makroiqtisadiyyat sahəsində biliklər;

- Ölkənin iqtisadi və maliyyə vəziyyəti və problemləri haqqında məlumatlı olmaq;

- Kütləvi informasiya vasitələri ilə iş bacarığı, KİV-in strukturu və funksiyaları üzrə biliklər;

- Təqdimat və ünsiyyətqurma bacarığı;

- Səlis Azərbaycan dili və yüksək səviyyədə ingilis və rus dili bilikləri;

- Məsuliyyətlilik və vəzifə öhdəliklərin vaxtında icra olunması;

- Ünsiyyətqurma və komandada işləmək bacarığı;

- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- İnformasiyanın KİV üçün yararlılığını təhlil edir və yayımlanmasını təmin edir;

- KİV-də Palatanın funksional istiqamətləri üzrə materialların rüblük və illik monitorinqini aparır, analitik informasiyalar hazırlayır;

- İnternet səhifəsinin idarə edilməsinə nəzarət edir;

- Palata rəhbərliyinin tələb istiqamətlərinə uyğun informasiya ilə təmin edilməsinə, ölkədə və dünyada baş verən mühüm hadisələr, maliyyə sistemində baş verən yeniliklər barədə icmalların hazırlanmasına nəzarət edir,

- Mətbuat konfransları və brifinqlər təşkil edir;