“Access Bank” maliyyə restrukturizasiyası və kreditlərin bərpası departamentinin hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali hüquqi təhsilli, bank sahəsində problemli kreditlərin məcburi qaydada geri qaytarılması üzrə minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi sentyabr ayının 10-dur.
Öhdəliklər:
• Hüquq şöbəsinin öhdəsinə düşən tapşırıqların və funksiyaların yerinə yetirilməsinin təşkili, həmçinin şöbə əməkdaşlarının əmək intizamına riayət etməsinə nəzarət;
• İri razılaşmaların, məhkəmə iclaslarının, müştəri/bank ilə danışıqların hazırlanmasında və həyata keçirilməsində iştirak;
• Məhkəmə və icra orqanlarında və girov əmlakın reallaşdırılması məqsədi ilə təşkil olunan hərraclarda bankın maraqlarının təmsil edilməsi;
• Şöbənin işinin optimallaşdırılması;
• Departament rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi;
• Sənədləşmənin aparılması.
Tələblər:
• Ali hüquqi təhsil;
• Bank sahəsində problemli kreditlərin məcburi qaydada geri qaytarılması üzrə minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
• Müştərilər, dövlət qurumları və digər təşkilatlar ilə iş yazışmaları və danışıqlarının aparılmasında təcrübə;
• Daxili normativ sənədlərlə işləmə və onların tərtib edilməsi üzrə iş təcrübəsi;
• İqtisadiyyatın və bank işinin təşkilinin əsasları, Azərbaycan Respublikasının mülki və bank qanunvericiliyinin əsasları, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ-hüquqi aktları üzrə biliklər;
• Word və Excel ofis proqramlarında işləmək bacarığı (istifadəçi səviyyəsində);
• Mükəmməl Azərbaycan dili biliyi, rus və ya ingilis dili arzuolunandır.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.