Kapital Bank Filial Şəbəkəsinin İdarə Edilməsi Departamenti Satışlara Dəstək Şöbəsində Menecer vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, iqtisadi sahədə ali təhsilli, bank xidməti sahəsində 3 illik iş təcrübəsinə malik namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Əsas vəzifə öhdəlikləri:
- Filial şəbəkəsində Xidmət bölmələrinin ümumi işinə nəzarətin təşkil edilməsi;
- Xidmət bölmələrinin işinin effektiv təşkilinə tələb olunan dəstəyin göstərilməsi;
- Xidmət keyfiyyətinin artırılması istiqamətində təhlil aparılması və təkliflərin verilməsi.
Namizədə dair tələblər:
- İqtisadi sahədə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təhliletmə və problem həlletmə qabiliyyəti;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi;
- Bank xidməti sahəsində 3 illik iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə MS Exceldə yüksək işləmə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni [email protected] elektron ünvanına göndərə bilərlər.