"Unibank" İnformasiya Texnologiyaları sektoruna xarici bank sistemləri üzrə proqramçı vəzifəsinə vakansiya elan edib. Fins.az xəbər verir ki, kompüter proqramları üzrə 3 illik iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Öhdəliklər
• Bankın xarici müraciətlərini hazırlamaq və mövcud müraciətlərə yeniliklər əlavə etmək;
• Komandaya yeni qoşulmuş üzvləri iş üzrə yönləndirmək və problemlərin həll olunmasında köməklik göstərmək;
• OOP üzrə modelləşdirməni həyata keçirmək.
Namizədin profili:
• Ali təhsil (Kompyuter elmləri və oxşar sahələrdə);
• Minimum 2 illik Enterprise Applicationlarda iş təcrübəsi;
• Minimum 1 illik Oracle bazası üzrə iş təcrübəsi (Oracle SQL və PL SQL );
• Minimum 1 illik JSF framework ilə iş təcrübəsi;
• Core Java üzə minimum 3 illik iş təcrübəsi (Sertfikatın mövcud olması arzuolunandır);
• VCS üzrə (SVN arzu olunandır) işləmək bacarığı;
• OOP üzrə güclü analizə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Full Stack Developer) göstərməyiniz xahiş olunur