"Paşa Həyat" Sığorta Şirkəti satış kanalları və marketinq departamentində əlaqə mərkəzi şöbəsinə mütəxəssis axtarır. Fins.az xəbər verir ki, sahə üzrə 1 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İşə aid tələblər:
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 25.07.2017
Əsas vəzifə öhdəlikləri:
1. Əlaqə mərkəzinə gələn zəngləri müştəri xidmət standartlarına uyğun cavablandırmaq, müştərilərə zəng etmək, online çat vasitəsilə daxil olan müraciətləri yazılı cavablandırmaq;
2. Şirkətin məhsul, tarif və xidmətləri barəsində müştəriləri məlumatlandırmaq;
3. Telefon vasitəsilə müştərilərə soyuq zənglər etmək, sığorta məhsullarının satışı və çarpaz satışını həyata keçirtmək;
4. Debitor məbləği olan müştərilərə zənglər etmək və sığorta haqqlarının ödənilməsini təqib etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən sahə üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office proqramları;
Üstünlüklər : İngilis dili biliyi üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “Contact center” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.