04 Noyabr

"NBC Bank" işçi axtarır – VAKANSİYA

"NBC Bank" mühasib-nəzarətçi vəzifəsinə vakansiya elan edib. Fins.az xəbər verir ki, analitik qabiliyyəti və 3 illik təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş barədə məlumat:
  • Filialda həyata keçirilən əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsinə nəzarət etmək, gündəlik balansı və dövriyyə məlumatlarını yoxlamaq
  • Gündəlik olaraq, filialın kassa əməliyyatlarının yekununu yoxlamaq
  • Filialda pulun nağd və ya nağdsız məxarici üçün əsas olan sənədləri imzalamaq.
  • Filialda pulun, qiymətlilərin və sənədlərin düzgün saxlanılmasına nəzarət etmək
  • Filialda müəyyən edilmiş dövrdən bir aktivlərin və öhdəliklərin inventarizasiyasını aparmaq
  • Debitor və kreditorların uçotunu sənədlərlə yoxlamaq
  • Əməliyyat gününün bağlanılmasında iştirak edərək, filialın əməliyyatlarını tam yoxladıqdan sonra, filialın əməliyyat gününü yekunlaşdırmaq.
Namizədə tələblər:
  • Ali iqtisadi təhsil
  • Mühasib nəzarətçi vəzifəsində 3 illik iş təcrübəsinin olması
  • MHBS və Bank qanunvericiliyini bilmək
  • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma
  • İnsanlarla ünsiyyət qurma bacarığı.
  • Analitik qabiliyyət
  • Azərbaycan və rus dillərində səlist danışıq bacarığı
  • MS Office proqramlarında işləmə bacarığı
  • İş qrafiki: saat 09:00- 17:00
  • Həftənin 6 günü iş, bir günü isə istirahət
  • Ə/h: 550AZN
Əlaqədar şəxs: Samirə x.

Əlaqə nömrəsi: (012) 566 46 46

E-mail: [email protected]