"Bank Respublika" Bakı, Sumqayıt, Gəncə, Masallı, Cəlilabad, Tovuz, Qax və Zaqatalada filiallarında işləmək üçün KOS kreditləri üzrə mütəxəssislər axtarır. Fins.az xəbər verir ki, bu sahədə ən azı 2 illik təxrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vəzifəyə tələblər:
- Ali təhsilə malik olmalıdır.
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.
- Kompüter bilikləri. Microsoft Office (Word, Excel), Outlook Express proqramlarını bilmək mütləqdir.
- Dəqiqlik və səliqə;
- Ünsiyyət qurma və satış etmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Gərgin iş qrafikində işləmək bacarığı
- Kollektivdə işləmək bacarığı;
- KOS kredit mütəxəssisi kimi banklarda minimum 2 illik iş təcrübəsi
Vəzifə öhdəlikləri
- KOS kredit məhsullarının satışını təşkil etmək,
- KOS kredit sifarişlərinin maliyyə təhlilinin aparılması,
- KOS krediti müştəriləri ilə xidmət işininin təşkili və idarə olunması,
- KOS kreditləri üzrə qoyulmuş planları icra etmək.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.