04 Noyabr

"Bank Respublika" işçi axtarır – VAKANSİYA

"Bank Respublika" Bakı, Sumqayıt, Gəncə, Masallı, Cəlilabad, Tovuz, Qax və Zaqatalada filiallarında işləmək üçün KOS kreditləri üzrə mütəxəssislər axtarır. Fins.az xəbər verir ki, bu sahədə ən azı 2 illik təxrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vəzifəyə tələblər:

  • Ali təhsilə malik olmalıdır.
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.
  • Kompüter bilikləri. Microsoft Office (Word, Excel), Outlook Express proqramlarını bilmək mütləqdir.
  • Dəqiqlik və səliqə;
  • Ünsiyyət qurma və satış etmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Kollektivdə işləmək bacarığı;
  • KOS kredit mütəxəssisi kimi banklarda minimum 2 illik iş təcrübəsi

Vəzifə öhdəlikləri

  • KOS kredit məhsullarının satışını təşkil etmək,
  • KOS kredit sifarişlərinin maliyyə təhlilinin aparılması,
  • KOS krediti müştəriləri ilə xidmət işininin təşkili və idarə olunması,
  • KOS kreditləri üzrə qoyulmuş planları icra etmək.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.