04 Noyabr

"Azerconnect" işçilər axtarır – VAKANSİYA

“Azerconnect” şirkəti Sabirabad, Qazax və Zaqataladakı filiallarında işləmək üçün ön ofis üzrə agent vəzifəsinə işçilər axtarır. Fins.az xəbər verir ki, bunun üçün təcrübə və xüsusi peşə bacarıqları, eləcə də yüksək səviyyədə xarici dil bilikləri tələb olunmur.
Əsas vəzifə öhdəlikləri:
• Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək
• Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək
• Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq
• Müraciətin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək
Vəzifə üzrə tələb olunan ixtisas, təcrübə və bacarıqlar
Təhsil
• Orta və ya ali təhsil
Kompüter bilikləri
• MS Office proqramları
Dillər
• Azərbaycan dili – səlis
• Rus dili – Orta
• İngilis dili – ilkin səviyyədə
Şəxsi /davranış bacarıqları
• Təzyiq altında və gərgin iş rejimində işləmək bacarığı
• Çeviklik
• Komandada işləmə bacarığı
• Əla ünsiyyət və təşkilatçılıq bacarığı

Vakansiyaya son müraciət tarixi 31.07.2017-ci ildir. Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.