Maliyyə bazarlarına Nəzarət Palatası İnsan resursları üzrə aparıcı mütəxəssis üçün vakansiya elan edib. Fins.az xəbər verir ki, ali humanitar və ya iqtisadi təhsilli namizədələrə üstünlük veriləcək.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ:
- Ali təhsil (iqtisadi, humanitar, idarəetmə);
- İnsan resurslarının idarə edilməsi (İRİE) sahəsində ixtisaslaşmış biliklər;
- Maliyyə sektorunda təhsilin təşkili üzrə biliklər;
- Beynəlxalq təlim mərkəzləri ilə əməkdaşlıq;
- Treyninq üzrə 3 illik iş təcrübəsi (maliyyə və ya iqtisadi sahə arzu olunandır);
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
- Maliyyə Bazarlarına Nəzarət Palatasında insan resurslarının təhsili və inkişafına dair normativ sənədlərin hazırlanmasını, monitorinqini və təkmilləşdirilməsini təmin edir;
- Palatada əməkdaşların təhsilə olan tələbatlarının müəyyənləşdilməsi işini həyata keçirir;
- Əməkdaşların müəyyənləşdirilmiş tələbatlarına müvafiq olaraq, tədris formalarının seçilməsi, mənbələrin müəyyənləşdirilməsi və təhsil prosesinin təşkilini həyata keçirir;
- Palatada əməkdaşlarının tədrisinə nəzarəti və onun qiymətləndirilməsini təşkil edir;
- Tədrisin effektivliyinin müxtəlif formalarla analizini aparır və nəticələr barəsində hesabat verir, bu istiqamətdə təkliflər hazırlayır;
- Palatada yeni işə qəbul edilən işçilərin adaptasiyası prosesini təşkil edir;
- Palatada tədrisin prosesinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə digər inkişaf etmiş ölkələrin bu sahədə qabaqcıl təcrübəsini öyrənir.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.