04 Noyabr

Palata işçi axtarır – VAKANSİYA

Mlaiyyə Bazarlarına Nəzarət Palatası Korporativ xidmətlər departamentinin direktoru vəzifəsinə vakansiya elan edib. Fins.az xəbər verir ki, maliyyə sahəsində ali təhsili və 5 ildən çox iş təcrübəsi olan şəxslər müraciət edə bilərlər.

Namizədə dair tələblər:

  • Tam ali təhsil (maliyyə/iqtisadiyyat);
  • ACCA, DipİFR, CFA, CİMA və digər büdcə, mühasibatlıq və maliyyə idarəetməsi prosesləri üzrə müvafiq sertifikat və ya diplom arzu olunandır
  • Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS) üzrə biliklərə sahib olmalı, Maliyyə və idarəetmə uçotunun bütün elementlərini bilməli və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklərə sahib olmalıdır;
  • Satınalma işinin təşkili, İnformasiya texnologiyaları və İnsan resursları üzrə müvafiq biliklərə malik olmalı;
  • Analoji sahə üzrə 5 ildən çox iş təcrübəsi, 3 il idarəetmə təcrübəsi;
  • Səlis Azərbaycan, rus və ingilis dili bilikləri;
  • İT resursları və müasir ofis proqramları üzrə biliklər;
  • Analitik təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı, qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı; intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, müxtəlif struktur bölmələr çərçivəsində kolleqalarla əməkdaşlıq etmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.