“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kran maşinisti vakansiyası üzrə elan verib. Seçilən namizəd “Zığ” Quru Yük Limanının Yük emalı sahəsində işə cəlb olunacaq.
Namizəd minimum peşə ixtisası təhsilinə, sahə üzrə bir il iş təcrübəsinə malik olmalıdır. Müəyyənləşdirilmiş yaş həddi 25-40 arasıdır. Xarici dil biliyi tələb edilmir.
İş yerinə çatdırılma və sığorta təminatı olacaq.
İş vaxtı: 09.00-21.00 / 21.00-09.00 (Növbəli iş)
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif yüklərin 36 və 40 tonluq yükgötürmə qabiliyyətli pnevmotəkərli və 50 tonluq elektrik kranla yüklərin yüklənib-boşaldılması və daşınması ilə əlaqədar işlərin yerinə yetirilməsi
- Yüksək ehtiyatlılıq tələb edən oxşar yüklərin yüklənib-boşaldılması, yerdəyişməsi və onunla əlaqədar konstruksiyaların quraşdırılması.
- Kranlara təlimatlara uyğun texniki qulluq edilməsi və normal fəaliyyəti üçün lazımi şəkildə saxlanılması
Bilməlidir:
- Xidmət edilən kranların və onların mexanizmlərinin quruluşunu, istismar qaydalarını, yüklərin yerdəyişmə qaydalarını
- Xarici görkəminə görə yüklərin kütləsinin müəyyən edilməsi üsullarını
Maraqlanan şəxslərdən mövzu yerində vakansiyanın adını (kran maşinisti) qeyd edərək [email protected],[email protected] ünvanlarına CV göndərmələri xahiş olunur. Son müraciət tarixi 08.07.2017-ci ildir.
Qeyd: Müraciətlər araşdırıldıqdan sonra yalnız göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.