04 Noyabr

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

“Azərbaycan Beynəlxalq Bankı” problemli kreditlər iş departamentində məhkəmə işləri və problemli kreditlərlə iş şöbəsinə baş və aparıcı hüquqşünas vakansiyası elan edir. Ali hüquqi təhsilli, məhkəmə işləri və problemli kreditlərlə bağlı 3 ildən 5 ilədək iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

- Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
- Problemli kreditlərlə bağlı Bankın hüquqlarını və qanuni mənafeyini qorumaq;
- Məhkəmə proseslərində iştirak etmək və müvafiq qaydada qanunvericiliyə uyğun tədbirlər görmək;
- Bankın maraqlarına uyğun olmayan məhkəmə qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlarla bağlı apellyasiya və kassasiya şikayətlərini hazırlamaq;
- Bankın xeyrinə çıxarılmış məhkəmə qərarlarının icrası üçün lazımi tədbirləri həyata keçirmək;
- Kreditlərin qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.

Davranış səriştələri:

- Stres altında işləməyi bacarmalı;
- Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Vakant vəzifə üzrə tələblər:

- Ali hüquqi təhsil;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığının olması, rus dil biliyi – yaxşı səviyyədə;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
- Məhkəmə işləri və problemli kreditlərlə bağlı 3 ildən 5 ilədək hüquqşünas təcrübəsinin olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 iyun 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş və ya Aparıcı Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az