04 Noyabr

"Expressbank" işçi axtarır – VAKANSİYA

"Expressbank" Girovların qiymətləndirilməsi və nəzarəti bölməsinə mütəxəssis
vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali iqtisadi təhsilli, Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı olan namizədlər vakansiya ilə müraciət edə bilərlər.
Tələblər:
– Ali iqtisadi təhsil;
– Banklar haqqında Azərbaycan Respublikasının qanunun bilikləri;
– Daşınmaz əmlak bazarı sahəsində bilik;
– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
– Dəqiqlik, çeviklik, pozitivlik;
– Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
– Banka girov götürülməsi məqsədilə əmlakların qiymətləndirilməsi;
– Girovda olan əmlakların monitorinq edilməsi;
– Bankın mülkiyyətində olan əmlakların satışının təşkil edilməsi.