“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC server inzibatçısı və proqram tərtibatçısı axtarır. Fins.az xəbər verir ki, ali təhsilli, 1 il müvafiq sahədə iş təcrübəsi olan kişi namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi iyun ayının 20-dir.
Seçilən namizəd AXDG-nin İnformasiya texnologiyaları departamentində işə cəlb ediləcək.
Server inzibatçısı vəzifəsinə qoyulan əsas öhdəliklər:
-Cəmiyyətin daxili sistemlərinin tənzimlənməsi və nəzarəti
-Daim işlək vəziyyətdə saxlanması
-Ehtiyac yarandıqda yeni sistemlərin qurulması
Tələblər:
– Kompyuter biliyi: Windows Server, Linux, Virtualizasiya, Blade serverlər və SAN storage
– İngilis dili
Şəxsi keyfiyyətləri:
– Çalışqan, intizamlı, araşdırma bacarığı olan
– Problemləri həll etmə bacarığı
– Stressə davamlılıq
“Proqram tərtibatçısı” vəzifəsinə qoyulan əsas öhdəliklər:
-Cəmiyyətin daxili proqram təminatları üzrə təkmilləşdirmə (yeni funksiyaların əlavəsi, elektron hesabatların tərtibatı) işlərinin aparılması
– Ehtiyac yarandıqda yeni proqlamların hazırlanması
Tələblər:
– Kompyuter biliyi: PHP, Javascript, SQL üzrə nəzəri və praktiki biliklər
– İngilis dili
Şəxsi keyfiyyətləri:
– Çalışqan, intizamlı, araşdırma bacarığı olan
– Problemləri həll etmə bacarığı
– Stressə davamlılıq
Maraqlanan şəxslərdən mövzu yerində vakansiyalarınadını qeyd edərək [email protected], [email protected] ünvanlarına CV göndərmələri xahiş olunur.
Qeyd: Müraciətlər araşdırıldıqdan sonra yalnız göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.