“Unibank” pərakəndə xidmətlər və istehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Fins.az-ın məlumatına görə, 20-25 yaşlarında ali təhsilli, riyazi hesablama aparmaq qabiliyyəti olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 30-dur.
Əsas vəzifə öhdəlikləri:
• Kredit Sifarişlərin qəbul olunması;
• Müştərilərə kredit məhsulları barədə məlumatların verilməsi;
• Kreditlərin rəsmiləşdirilməsi.
• Fiziki şəxslərə bank hesablarının açılması və bağlanması;
• Hesablardan vəsaitlərin köçürülməsi;
• Plastik kartların sifariş edilməsi.
Namizədin Profili
• Ali təhsil;
• Yaş həddi 20 – 25;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Müştəri yönümlülük.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə Mütəxəssis) göstərməyiniz xahiş olunur.