“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” doker-mexanizator vakansiyası üzrə elan verib.
Fins.az-ın məlumatına görə, seçilən namizəd “Zığ” Quru Yük Limanında yükvurma-yükboşaltma işlərinin həyata keçirilməsi prosesinə cəlb olunacaq.
Namizəd minumum peşə ixtisası təhsilinə, 1 il iş təcrübəsinə malik olmalıdır. Doker fəhlə-mexanizator ixtisası üzrə peşə sertifikatının olması xüsusi tələbdir. Müəyyənləşdirilmiş yaş həddi 20-40 arasıdır. Xarici dil biliyi tələb olunmur.
İş yerinə çatdırılma və sığorta təminatı olacaq.
İş vaxtı: 09.00-18.00
Maraqlanan şəxslərdən mövzu yerində vakansiyanın adını (Doker-mexanizator) qeyd edərək [email protected], [email protected] ünvanlarına CV göndərmələri və ya təşkilatların İnsan resursları xidmətlərinə yaxınlaşıb müraciət etmələri xahiş olunur. Son müraciət tarixi 06.06.2017-ci ildir.
Qeyd: Müraciətlər araşdırıldıqdan sonra yalnız göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya ilə bağlı əlavə sual olarsa aşağıdakı nömrəyə zəng vura bilərsiniz.
Şəhər nömrəsi: 4043748
Mobil: 0559999105/0559999282
Daxili nömrə: 1063/1165