SOCAR İstehsalat təlimi ustası (BOSİET, HUET və FOET kurslarının tədrisi üzrə) vəzifəsinə işçi qəbulu elan edir. Fins.az-ın məlumatına görə, sahə üzrə ali təhsilli və 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.Son müraciət tarixi may ayının 31-dir.
Vakansiyanın adı
|
İstehsalat təlimi ustası (BOSİET, HUET və FOET kurslarının tədrisi üzrə)
|
Müəssisənin adı
|
SOCAR
|
Struktur vahidinin adı
|
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
|
Ödəniş növü
|
Vəzifə maaş
|
Əməyin ödənilmə dərəcəsi
|
13
|
Vəzifə maaşının məbləği
|
956 manat
|
Əlavə ödənişlər
|
Faktiki işlənmiş hər iş günü üçün 3 azn yemək xərci.
|
İş yerinin ünvanı
|
Bakı şəhəri, Salyan şossesi, 23
|
İş vaxtının norması
|
NORM40/5
|
Əmək şəraiti
|
Quruda
|
Təhsil İstiqaməti
|
Sahə üzrə
|
Tələb olunan minimum təhsil səviyyəsi
|
Bakalavr
|
Tələb olunan əmək fəaliyyəti
|
Sahə üzrə - 3 ildən yuxarı;
|
Tələb olunan kompüter bilik səviyyəsi
|
Word - yaxşı; Excell - yaxşı; Internet - yaxşı;
|
Tələb olunan xarici dil bilik səviyyəsi
|
İngilis - yaxşı; Rus - əla;
|
Vakansiya tələbinə uyğun təlimlər
|
OPITO standartlarının tələblərinə uyğun BOSİET, HUET və FOET kurslarının tədrisi üzrə səlahiyyət verən sertifikatlara malik olan namizədlərə üstünlük verilir.
|
Vəzifə(peşə) funksiyaları
|
● Kursları tədris planlarına uyğun aparmaq; ● Digər mütəxəssislərlə əməkdaşlıq edərək təlim mərkəzinin inkişafında fəal iştirak etmək; ● Təlim və tədrisin keyfiyyətinin artırılması və inkişaf istiqamətində işlər görmək və təkliflər irəli sürmək, inkişaf edən texnologiyaların yeniliklərini nəzərə alaraq tədrisin maddi texniki bazasını inkişaf etdirmək; ● Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak etmək; ● Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüsün inkişafına, səməriləşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək etmək; ● Texniki cəhətdən əsaslandırılmış norma və normalaşdırılmış tapşırıqların tətbiqini həyata keçirmək; ● Əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlanmasında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak etmək; ● Dinləyicilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmək;
|
Bilməlidir
|
● Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) standartlarının tələblərini; ● OPİTO standartlarının tələblərinə uyğun “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim ” (BOSİET) kursunun tədrisini; ● OPİTO standartlarının tələblərinə uyğun Batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) kursunun tədrisini; ● OPİTO standartlarının tələblərinə uyğun “Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim” (FOET) kursunun tədrisini; ● Dəniz obyektlərində təhlükələr və ona nəzarət prinsiplərini, təhlükəsizliyin idarə edilməsi və tənzimlənməsi qaydalarını; ● Helikopterdə və helikopterlə səyahət zamanı təhlükəsizlik qaydalarını; ● Helikopterdə fövqəladə vəziyyətlərdə xilasolma üsullarına dair standartlarını; ● Dənizdə insan həyatının xilas edilməsi prinsiplərini və təxliyə yollarını; ● Qəza zamanı və ümumi fövqəladə vəziyyətlərdə ilk tibbi yardım qaydalarını; ● Dənizdə yanğınla mübarizə və özü-özünü xilasetmə normalarını; ● Fəaliyyət sahəsinə aid, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını; ● Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
|
Tələb olunan digər bilik və bacarıqlar
|
Yoxdur.
|
Namizədlər bu linkdən müraciət edə bilərlər: https://careers.socar.az/ApplyVac?Vid=12869