04 Noyabr

“Rabitəbank” işçi axtarır – VAKASNİYA

Rabitəbank mikro və riteyl kreditləri departamentinin direktor müavini (İstehlak kreditləri üzrə) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, istehlak kreditləri sahəsində azı 4 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 19-dur.

Namizədə olan tələblər:

- Ali təhsilli;

- İstehlak kreditləri sahəsində azı 4 illik iş təcrübəsi;

- İdarəetmə və liderlik qabiliyyəti;

- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

- Yüksək kommunikasiya qabiliyyəti;

- Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) yazılması bacarığı;

- Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış olması;

- Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.

Əsas vəzifələri:

- Bankın pərakəndə bankçılıq üzrə biznesinin inkişafı və satış prosesinin optimallaşdırılması;

- Pərakəndə kreditləşmə məhsullarının hazırlanması üzrə təkliflərin verilməsi;

- Bankın istehlak kreditləri üzrə büdcə hədəflərinin yerinə yetirilməsini təmin etməsi;

- Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət;

- Bankın istehlak kredit portfelinin keyfiyyətinə nəzarət;

- Pərakəndə bankçılıq üzrə metodologiyanın hazırlanması və tətbiqinin təmin edilməsi.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33