“Avtolux Azərbaycan” marketinq mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, 3 il müvafiq sahədə iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 17-dir.
İş qrafiki: 09:00-18:00/bazar ertəsi-cümə
Namizədə olan tələblər:
1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-28 ;
Vəzifə öhdəlikləri:
- Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
- Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
- Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
- Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
Email : [email protected]
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.