04 Noyabr

“Nar Mobile” işçi axtarır - VAKANSİYA

“Nar” mobil operatoru sistem mühəndisi vəzifəsinə vakansiya elan edir. Fins.az-ın məlumatına görə, riyaziyyat, İT ilə əlaqədar sahələrdə ali təhsilli, OS və AAA administratorluğu sahəsində 3 ildən artıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Əsas vəzifə və öhdəliklər:

• Radiusun konfiqurasiyası və istismarı

• Serverlərin əməliyyat sisteminin administratorluğu, şərti Access Sisteminin administratorluğu, sənədləşmənin idarə olunmas, layihə planlarının hazırlanmasına dəstək olmaq, məlumatların mübadiləsi, layihələrin idarə olunması və icrası.

• Həllərin arxitekturasının hazırlanmasında iştirak etmək

• İnput data-nın uyğunlaşdırılması və optimizasiyası

• Müştəri ehtiyaclarının dəqiqləşdirilməsi prossesində iştirak etmək

• Bag-ların həll olunması və məhsulların təkmilləşdirilməsi.

• Biznesə Dəstək Sistemlərinin əməliyyatlarında iştirak etmək

• Layihə ürzə gözləntilərin qarşılanmasından əmin olmaq məqsədi ilə Billinq və Keyfiyyətə Nəzarət qrupları ilə əməkdaşlıq etmək

• Məsul olduğu sahələr üzrə hesabatların hazırlanması. İT şöbəsinin müvafiq qrup/bölümlərinin istifadəyə verilən layihələri və həyata keçirilən dəyişikliklər barədə vaxtlı-vaxtında rəhbərliyin məlumatlanıdırlması və aylıq hesabatlarının təqdim olunması

• Multiplay-a aid olan bütün məhsulların/şəbəkələrin/strukturların hazırlanması və onlari aktual vəziyyətdə tutulması.

• Multiplay mühəndisliyi və əməliyyatıları bölməsinə problemlərin analizi, texniki bacarıqların təkmilləşdirilməsi, texniki məsələlərin koordinasiyası sahəsində dəstək olmaq və yeni layihələrin integrasiyasını həyata keçirmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Problemləri müəyyən etmək və həll edəbilmə bacarığı

• Məxfi məlumatlarla işləyəbilmə

• Analitik düşünəbilmə

• Nəticə yönümlülük

• Konseptual düşünəbilmə

• Azərbaycan dilini səlis, İngilis cə Rus dillərini yaxşı bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Riyaziyyat/İT ilə əlaqədar sahələrdə bakalavr/magistr təhsili

• GSM, Internet və TV xidmətləri sahəsində bilikli olmaq

• OS və AAA administratorluğu sahəsində 3 ildən artıq iş təcrübəsi

• SQL Fundamentals, Linux, Unix, MsSQL, MySQL, PL/SQL, Java bilik və təcrübəsi

• Şəbəkə administratorluğu sahəsində bilik və təcrübə

• PLSQL və Java biliyi üstünlükdür

• Radius və servers administratorluğu sahəsində təcrübə Əlavə məlumat:

İş qrafiki: tam ştat

İş müddəti: daimi

Son müraciət tarixi: 28/05/2017

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir. Başlıqda Sistem Mühəndisi qeyd olunmayan müraciətlər qəbul olunmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.