04 Noyabr

“PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA

“PAŞA Sığorta” təkrarsığorta üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Fins.az-ın məlumatına görə, ali təhsilli (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir), OS və AAA administratorluğu sahəsində 3 ildən artıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Vəzifə və Öhdəliklər:

• Şirkətin xarici və yerli partynorlarından daxil olan sorğuları vaxtlı -vaxtında cavablandırmaq, riskləri təhlil etmək və nəticələr haqqında hesabat vermək;

• Şirkət daxildən təkrarsığorta şöbəsinə göndərilən riskləri qiymətləndirmək;

• Şirkətin siyasətinə uyğun olaraq risklərin təkrarsığorta şöbəsinə ötürmək;

• Gündəlik və aylıq hesabatları düzgün aparmaq, vaxtı-vaxtında rəhbərliyə təqdim etmək;

• Partnyorlarla işguzar görüşlər keçirmək və yeni partnyorlar cəlb etmək;

• Partnyorlarla bağlı sığorta hadisələrinin tənzimləməsi işində iştirak etmək;

• Təkrarsığortaya aid debitor borclar və kreditorlarla iş prosesinin tənzimləmək;

• Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);

• Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;

• Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;

• Dil bilikləri - Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması.

• Analitik düşüncə tərzi, yüksək nitq qabiliyyəti və təqdimat etmə bacarığına malik olmaq.

Son müraciət tarixi: 15 iyun, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.