“Access Bank” javascript developer vəzifəsinə vakansiya elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli,JavaScript, Git, HTML/CSS biliyi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 31-dir.
Öhdəliklər:
- Meteor, MongoDB, Bootstrap, Angular, JQuery platformasından istifadə etməklə şəbəkə qoşmalarının işlənib hazırlanması
- Şəbəkə servislərinə müraciətlərin yazılması
- Qoyulmuş vəzifələri icra etmək üçün funksional və memarlıq həllərinin işlənib hazırlanması
Əsas tələblər:
- Ali təhsil
- JavaScript, Git, HTML/CSS biliyi
- Ünsiyyətcillik, təfsilatlara diqqət yetirilməsi, həm texniki, həm də qeyri-texniki adresatlara ideyaları çatdırmaqqabiliyyəti, analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı.
İkinci dərəcəli tələblər:
- Meteor.js, node.js, d3.js, jQuery, M.E.A.N., Bootstrap, Angular, React, Ionic, Cordova və s. kimi platformalarla, infrastrukturlarla və ya kitabxanalarla iş təcrübəsinə üstünlük verilir;
- Linux, nginx ilə iş təcrübəsinə üstünlük verilir;
- Rus və Azərbaycan dilləri biliyi
- Sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.