04 Noyabr

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA

“PAŞA Həyat” sığorta şirkəti banklarla iş şöbəsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, iqtisadiyyat sahəsi üzrə ali təhsilli,bank, sığorta və ya B2B satış sahəsi üzrə ən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Struktur bölmə: Satış kanalları və Marketinq Departamenti, Banklarla iş şöbəsi
Vəzifə: Mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 4
Son müraciət tarixi: 15 May 2017-ci il
Vəzifənin öhdəlikləri:
- Parntyor-banklarla mövcud əməkdaşlıq layihələri üzrə işlərin idarə olunması
- Partnyor-banklarla yeni əməkdaşlıq imkanlarının təhlili və dövriyyənin artırılması
- Şirkətin mövcud və yeni məhsulları üzrə potensial satış kanallarının tapılması, bu məqsədlə partnyorluq əlaqələrinin qurulması və inkişaf etdirilməsi
- Partnyor təşkilatlarla mütəmadi görüşlərin keçirilməsi və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanmasının təmin edilməsi
- Şirkətin mövcud və yeni məhsullarının mümkün resurslarla satışı və çarpaz satışının təşkili
Namizədə olan tələblər:
İş təcrübəsi: Bank, sığorta və ya B2B satış sahəsi üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur
Təhsil/ixtisas: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi tələb olunur, Maqistr dərəcəsi arzuolunandır
Dil bilikləri: Rus dilini əla səviyyədə bilməlidir, ingilis dili arzuolunandır
Kompüter bilikləri: MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı
Fərdi keyfiyyət tələbləri: Etibarlılıq, komanda ilə işləyə bilmək, Aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydası CV-lər “Banklarla iş – mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.