Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təhlil və risklərin idarə edilməsi şöbəsinin rəisi, risklərin idarə edilməsi üzrə mütəxəssis və hüquqşünas vəzifələri üzrə vakansiyalar elan edir.
Əsas tələblər:
- Ali iqtisadi təhsil;
- Risklərin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərinin mükəmməl bilməsi (rus dilini bilmək arzuolunandır);
- Yüksək səviyyədə analitik düşüncəyə malik olması;
- Komandada işləmək bacarığı;
- Ünsiyyətçil olmalı;
- MS Office və xüsusilə MS Excel proqramlarını yüksək səviyyədə bilməsi
Vakant vəzifə - risklərin idarə edilməsi üzrə mütəxəssis ( tam günlük iş rejimi)
- Tələblər:
- Ali iqtisadi təhsil; (xarici təhsilə üstünlük verilir, magistr)
- Bank Risklərin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərinin mükəmməl bilməsi (rus dilini bilmək arzuolunandır);
- Yüksək səviyyədə analitik düşüncəyə malik olması;
- Komandada işləmək bacarığı;
- MS Office və xüsusilə MS Excel proqramlarını yüksək səviyyədə bilməsi
Vakant vəzifə - hüquqşünas ( tam günlük iş rejimi)
Tələblər:
- hüquq üzrə ali təhsil;
- ən azı 3 il hüquqşünas təcrübəsi;
- azərbaycan və ingilis dillərini mükəmməl bilməli (yazılı və şifahi);
- Mc Office proqramında işləyə bilmək qabiliyyəti;
- Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklarda hüquqşünas vəzifəsinə vakansiya elan edir.
HÜQUQŞÜNAS
Vəzifəyə dair tələblər:
- Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır, xarici təhsili olanlara üstünlük verilir);
- Azərbaycan dilini əla səviyyədə bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan Respublikasının Konstitusiyasını, AR-nın Mülki Məcəlləsini, Mülki Prosessual Məcəlləsini, Banklar haqqında qanunvericiliyi, “Əmanətlərin sığortalanması haqqında” Qanunu, inzibati qanunvericiliyi və məhkəmə işlərinin aparılması qaydalarını bilməli;
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
- Düzgünlük, məsulliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
- Məxfilik, diqqət, faktları və sənədləri analiz etmək və hüquq normalarını düzgün tətbiq etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, komandada işləyə bilmək və baş verən hadisələrə çevik reaksiya verə bilmək bacarıqlarına malik olmalıdır.
Əsas iş funksiyaları:
- Hüquqi xarakterli sənədlərin hazırlanması;
- Birinci və apellyasiya instansiyası məhkəmlərində iştirak, məhkəmə prosesləri ilə bağlı hüquqi sənədlərin hazırlanması;
- Məcburi icra tədbirləri ilə bağlı zəruri sənədlərin hazırlanması, icraa icraatında olan işlərin sürətləndirilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi;
- Borclularla daim əlaqə saxlayıb onlarla müvafiq danışıqlar aparmaq;
- İcra məmurları ilə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq;
- Banka daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Bütün struktur bölmələrə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
- Müqavilə, protokol, qərar və digər daxili hüquqi sənədlərin layihələrinin hazırlanması və ekspertizasının həyata keçirilməsi;
- İcraatında olan işlərin hesabatı və rəhbərliyin göstərişi ilə digər hesabatların hazırlanması.
İş vaxtı: Bazar ertəsi – Cümə 9:00 – 18:00.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini aşağıdakı ünvana göndərə bilərlər:
Email: [email protected]
Tel: (012) 596- 65- 91/92
Fax: (012) 596- 65- 94