04 Noyabr

Mənzil İnşaatı Dövlət Agentliyi işçi axtarır – VAKANSİYA

Mənzil İnşaatı Dövlət Agentliyi sənəd qəbulu üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 23-35 yaşlarında ali təhsilli, kargüzarlıq və sənədlərlə iş sahəsində azı 1 il iş stajı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 26-dır.

Ümumi tələblər:

Təhsili: ali
Yaş: 23 – 35 yaş
İş təcrübəsi: kargüzarlıq və sənədlərlə iş sahəsində azı 1 il iş stajı
IT-dən istifadə bacarıqları: MS Word, MS Excel, MS Outlook və İnternet, Ofis avadanlıqları ilə işləmək bacarığı (istifadəçi səviyyəsində)
Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili – yaxşı səviyyədə

Tələblər:

- Ünsiyyət qabiliyyəti – yüksək səviyyədə (səlis və qramatik nitq)
- İntizamlılıq – yüksək səviyyədə
- Komandada işləmək bacarığı – yüksək səviyyədə
- Konfliktləri idarə etmək bacarığı – yüksək səviyyədə
- Təşkilatçılıq bacarığı – yüksək səviyyədə
- Qərarvermə qabiliyyəti – yüksək səviyyədə

İş haqqında məlumat:

- təqdim edilmiş sənədlərin qəbul edilməsi, düzgünlüyünün yoxlanılması və qeydiyyatının aparılması;

İş şəraiti:

İş qrafiki: 5/2 (növbəli iş rejimi)

QEYD: Yuxarıda göstərilən tələblərə uyğun gələn namizədlər [email protected] elektron poçt ünvanına mövzuda “Mütəxəssis” qeyd etməklə CV göndərə bilərlər.