04 Noyabr

“Azersun Holdinq” işçi axtarır – VAKANSİYA

“Azərsun Holdinq” “Marka rəhbərinin assistenti” vəzifəsinə işə qəbul elan edib.

Namizədlərlə qarşı tələblər:

- Marketinq sahəsində ali təhsil və ən azı 2 illik iş təcrübəsi;
- Çarpaz funksiyalı iş mühitində təcrübə sahibi olması üstünlükdür.
- Proaktiv düşüncə tərzinə sahib olmal;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- Yaradıcı düşüncə tərzinə sahib olmalı, problemlərin həllinə yaradıcı yanaşa bilməli;
- Yüksək təhlil qabiliyyətinə sahib olmalı;
- Liderlik və yüksək ünsiyyət qabiliyyətlərinə sahib olmalıdır.

Əsas vəzifə öhdəlikləri:

• Marketinq tədqiqatlarının həyata keçirilməsi üçün araşdırma şirkəti ilə çalışır, araşdırma hesabatını təhlil edərək müvafiq fəaliyyətləri həyata keçirir;

• Məhsul xətti marketinq strategiyalarının hazırlanmasında iştirak edir;

• Yeni məhsul yaradılması layihəsinə liderlik edir, müvafiq departamentlərlə əməkdaşlıq edərək məhsulun bazara verilməsini təmin edir;

• Məhsulun qablaşdılması və kreativ dizayn çalışmalarını daxili resurslar hesabına vəya reklam agentlikləri vasitəsilə həyata keçirir;

• Etiket dizaynlarının hazırlanması, lazımi düzəlişlərin edilməsini təmin edir;

• Məsul olduğu məhsul xətti çeşidlərinin istehsalının planlaşdırılması fəaliyyətində iştirak edir;
• Məhsulun qiymətqoyma çalışmalarını yerinə yetirir.
Mütəmadi olaraq rəqib qiymətlərini təhlil edərək müvafiq təkliflər verir;

• Məshul xəttinin illik satış proqnozlarının verilməsini təmin edir, satışlarını mütəmadi təhlil edərək, satış hədəflərinin reallaşdırılması üçün lazımi təklifləri verir;

• Məhsul xəttinin satış kanalları üzrə bölgü siyasətinin müəyyənləşdirilməsində iştirak edir;
• Davamlı olaraq mağaza ziyarətlərini həyata keçirir, məhsulların mağazalarda merçendayzing strategiyasına uyğun düzülüşünə nəzarət edir;

• Daxili və xarici marketinq informasiyalarını təhlil edir, müvafiq təkliflər verir;

• Marketinq kommunikasiya strategiyasının hazırlanmasında iştirak edir, taktiki kommunikasiya planını hazırlayır;

• Marketinq kommunikasiya fəaliyyətlərini plana uyğun həyata keçirir, kommunikasisa kanallarının bir biri ilə inteqrasiyasını, uyğunluğunu təmin edir;

• Reklam vasitələrinin daxili resurslar vəya reklam agentlikləri vasitəsi ilə hazırlatdırılmasından məsuldur;

• Satışın və istehlakçıların stimullaşdırma layihələrinin hazırlanmasında iştirak edir, qoyulan hədəflərə çatılmasını təmin edir;

• Məsul olduğu markaların illik marketinq büdcəsini hazırlayır, marketinq xərclərini nəzarətda saxlayır.

Maraqlananlar bu ilin sonuna qədər öz CV-lərini [email protected] electron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır. Bununla yanaşı aşağıdakı link vasitəsi ilə də qeydiyyatdan keçmək mümkündür.


https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2ID=104