04 Noyabr

“Beynəlxalq Sığorta Şirkəti” işçi axtarır – VAKANSİYA

“Beynəlxalq Sığorta Şirkəti” “Sığorta nümayəndəsi” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın şirkətə istinadən yaydığı məlumata görə, namizədlər 20-30 yaşında, ali təhsilli olmalı, Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidir. Bu sahədə azı 1 il iş təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi;
- Çox maraqlı layihələrdən yararlanaraq, yeni müştərilərin cəlb edilməsi;
- Danışıqların aparılması, müştərilərlə görüşlərin təşkili, müqavilələrin bağlanması;
İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Əmək haqqı 300-500 manatdır. Maraqlananlar öz CV-lərini martın 4-nə qədər [email protected] electron poçt ünvanına göndərə bilərlər. Telefon: (012)596-22-02