Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi açıq tender elan edir:
Tender 4 lot üzrə keçirilir::
lot 1 - Orta və böyük rəis heyəti üçün isti qiş gödəkçəsi, gündəlik geyim forması (MONT), sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, sıravi və kiçik rəis heyəti üçün isti qiş gödəkçəsi, mülki mühafizə xidməti işçiləri üçün isti qiş gödəkçəsi, mülki mühafizə xidməti işçiləri üçün gündəlik kostyum.
lot 2 - Sırаvi və kiçik rəis heyəti üçün uzunqol köynək, sıravi və kiçik rəis heyəti üçün qısaqol köynək, mülki mühafizə xidməti işçiləri üçün uzunqol köynək, mülki mühafizə xidməti işçiləri üçün qısaqol köynək, rəis heyəti üçün gündəlik qalstuk,mülki mühafizə xidməti işçiləri üçün gündəlik qalstuk, səhra furajkası, səhra kostyumu, poluver, qış papağı.
lot 3 - Mülki mühafizə xidməti işçiləri üçün gön qayış, kəmər dəsti, kiçik rəis heyəti üçün ayaqqabı, mülki mühafizə xidməti işçiləri üçün ayaqqabı.
lot 4 - Kokarda, serjant lenti, emblem MP, emblem DİN, ulduz böyük, ulduz kiçik, pambıq corab, sıravi və kiçik rəis heyəti üçün yay şalvarı, mülki mühafizə xidməti işçiləri üçün yay şalvarı, rəis heyəti üçün gündəlik furajka, mülki mühafizə xidməti işçiləri üçün gündəlik furajka, səhra maykası.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mərdanov qardaşları 99A(Əlaqələndirici şəxs :Məmmədov Rüfət, telefon :595-80-30, (055)-215-12-20) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 500 manat
lot 2 - 500 manat
lot 3 - 500 manat
lot 4 - 500 manat
Hesab: | AZ40MOSZ36015944000175078001 |
VÖEN | 1400043501 |
Bank: | QSC “Bank Standard” KB |
Kodu: | 505237 |
VÖEN: | 9900006801 |
M/H: | AZ66NABZ01350100000000003944 |
S.W.İ.F.T: | MOSZAZ 22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-04-25 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-05-04 17:00qədər Bakı şəhəri, Mərdanov qardaşları 99A Baş Mühafizə İdarəsi ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2016-05-05 15:00 tarixində Bakı şəhəri, Mərdanov qardaşları 99A Baş Mühafizə İdarəsi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI