02 Noyabr

Ülvi Mehdiyev: “Milli Məkan Məlumatları dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında mühüm rol oynayacaq”

“Milli Məkan Məlumatları bütün dövlət orqanlarının dataya əsaslanan çevik qərar qəbul etmə məzmununun tətbiqinə töhfə verəcək. Bu vacib infrastrukturdur. Dövlət xidmətlərinin həm vətəndaşlara çatdırılması istiqamətində, həm də iqtisadi-sosial layihələrin keçirilməsi istiqamətində bu layihə fayda verən, vacib sistem olacaq”.

Fins.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Milli Məkan Məlumatları bütün dövlət orqanlarında dataya əsaslanaraq vətəndaşlara xidmət göstərəcək: “Ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq mühüm layihələrin həyata keçirilib. Həmçinin Milli Məkan Məlumatları İnfrastrukturu Rəqəmsal hökumətin vacib komponentlərindən biridir və bu sistemin tez bir zamanda qurulmasının vacibdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına əsasən Agentlik milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən edir. Bilirsiniz ki, artıq elektron hökumət yeni MyGov portalı ilə vətəndaşlara xidmət edir. Artıq milli məkan qaydaları ilə bağlı qərar qəbul olunub. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində ciddi işlər həyata keçirilir”.

© Report