02 Noyabr

Day.Az informasiya portalının 15 yaşı olur

Bu gün Azərbaycanın populyar informasiya portalı Day.Az-ın fəaliyyətə başlamasından 15 il ötür. Fins.az xəbər verir ki, Day.Az mütəmadi olaraq operativ informasiya, orijinal publisistik materiallar təqdim edir, eləcə də ölkə və beynəlxalq miqyaslı hadisələrlə bağlı mövzular işləyir.

Portal dəqiqliyi və operativliyi ilə fərqlənən xəbərlərlə yanaşı, daim öz oxucularını iş vakansiyaları və ya hava proqnozu kimi yeni ideya və layihələrlə sevindirir. İlk mənbədən valyuta məzənnələri barədə ən dəqiq məlumatı əldə etmək üçün oxucuya "Pul" servisi xidmət edir. "Aviareyslər" Heydər Əliyev Beynəlxalq Hava Limanından bütün istiqamətlərə uçuşlar barədə tam məlumat verir, "Hava" isə sizi Bakı iqliminin "sürpriz"lərindən qoruyur. "İş" servisi getdikcə böyük populyarlıq qazanır. Burada həqiqətən də arzu edilən işi tapmaq olar və bir çoxları artıq buna nail olub. "DayTube" məlumat-əyləncə servisi isə artıq öz izləyicisini qazanıb.

Portalın baş redaktoru Emin Əliyev öz növbəsində bildirib ki, Day.Az istifadəçilərə orijinal publisistik materiallar təqdim etməklə, öz redaksiya siyasətində hadisələrin müstəqil müəllif qiymətləndirilməsinə əsaslanır: "Yubiley ili Day.Az üçün daha bir mühüm hadisə - geniş Rusiya informasiya məkanına çıxışla əlamətdar oldu. Day.Az bu gün Azərbaycan internet məkanında liderlərdən biridir.

Fins.az kollektivi həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.