02 Noyabr

2017-ci ildə uşaqlara ən çox bu adlar verilib

2017-cı ildə Azərbaycanda uşaqlara ən çox hansı adların qoyulduğu məlum olub. Verilən məlumata görə əvvəl olduğu kimi indidiə ən çox qoyulan oğlan adı Yusif olub. Son 6 ay ərzində 1343 oğlan uşağına bu ad verilib. Oğlanlara verilən digər adların ardıcıllığı isə belədir. Əli, Hüseyn, Ömər, Uğur, Muhəmməd, Murad, Ayxan, İbrahim, Tunar, Osman, Sübhan, Samir, Rəsul, Kənan, İsmayıl, Nihad, Həsən və Buluddur.

Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Belə ki, ötən statstikada da qızlara daha çox bu adın qoyulduğu məlum olmuşdu. Son 6 ay ərzində 1256 uşağa bu ad verilib. Zəhrədan başqa qız uşaqlarına ardıcıllıqla ən çox bu adlar verilib. Nuray, Zeynəb, Məryəm, Fatimə, Aylin, Ayan, Xədicə, Mələk, Dəniz, Damla, Tamella, Leyla, Aysel, Cəmilə, Sevinc, Nigar, Səidə, Samirə, Yağmur, Kəmalə, Günəş və Elgünəş adları verilib.