Azərbaycanda orta ümumtəhsil müəssisəsinin şagirdlərinə xüsusi nümunəli və fərqlənmə attestatlarının verilməsi meyarları fərqli olacaq.
Fins.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
Onun sözlərinə görə, tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək:
"Xüsusi nümunəli və fərqlənmə attestatlarının verilməsi meyarları fərqlidir. Sinifləri əla qiymətlərlə bitirən, imtahan qiymətləri "əla" olan, fənn olimpiadalarında iştirak edən şagirdlərə xüsusi nümunəli attestat veriləcək. Əgər şagird hec bir yarışda iştirak etməyib, ancaq dərslərini oxuyubsa, biz bunu da itirə bilmərik. Buna görə də "əla" oxuyan, amma bilik yarışlarında, olimpiadalarda, digər layihələrdə iştirak etməyən və sertifikatı olmayan şagirdlərə fərqlənmə attestatları veriləcək".