Hər birimizin dostları arasında imkanlı şəxslər var və biz hər dəfə onların ad günlərində, Yeni il, toy, 8 mart, 26 iyun və s. münasibətilə onlara nə hədiyyə etmək mövzusunda “baş sındırırıq”.
Fins.az xarici mətbuata istinadən dəyəri elə də baha olmayan, lakin mənası ilə sizi digər hədiyyə verənlərdən fərqləndirəcək hədiyyələr siyahısını oxucularının diqqətinə çatdırır.
Əl işi şokolad
Onun həyatını dəyişə biləcək və ya onun hobbisi ilə bağlı bir kitab
Dünyanın ən maraqlı yerləri ilə bağlı bir kitab
Üzərində gülməli yazıları olan paltar
Sevimli komandasının oyununa biletlər
Şəhər və ya muzey üzrə bələdçili tur (gəzinti)
Çox adi bir mövzudur. 100 ildir, bir şəhərdə yaşayırsınız, lakin axırıncı dəfə muzeyə 10 il bundan öncə baş çəkmisiniz. Digər şəhərlərdən olan dost və tanışlarınız gözlərində parıltı ilə ilə sizdən “hara getmək olar?” soruşurlar. Siz isə cavab olaraq “A bilirsən, yer çoxdu, amma . . . .”
Sağlamlaşdırıcı masaj seansı
İş və gəlir dalınca sonsuz qaça-qaç zamanı xırda zövqverici detalları unutmaq mümkündür.
Səyahət üçün üfürülən yastıq
Sevimli içki və ya əl işi olan içki
Ona uşaqlığını yada salmaqda yardımçı olun, uşaqlığı keçən yerə aparın
Öz xidmətlərinizi hədiyyə edin
Artıq hər bir şeyə sahib olan insan sadə işlərdə sizin ona yardımçı olmağınıza çox minnətdar olacaq. Məsələn, nəyisə seçməkdə kömək etmək, birlikdə harasa getmək, onu parka gəzməyə aparmaq. Ya da maşınında qış rezinini dəyişmək və ya evin içində hər hansısa əşyanı təmir etmək. Kompüter, ya da digər məişət texnikasını quraşdırmaq.
Yeni təcrübə
Ət bişirilməsi, şəkil çəkmə, kayt və ya digər sahələr üzrə ustad dərsləri,
Keyfiyyətli kosmetika
Misal üçün Ölü dəniz məhsullarından hazırlanmış kosmetikalar.
Nənənizdən bir banka mürəbbə
Nənənizin hazırladığı zoğal mürəbbəsinin birini imkanlı dostunuza hədiyyə edin, bu əla seçimdir.
Siz və başqa ümumi dostlarınızdan ad günü olan şəxsi nəyə görə sevdiyinizi üzərində qeyd etdiyiniz məktublar
Üzərində ad günü olan şəxs üçün əziz olan bir mənzərənin rəsmi
Ömürdə “bir dəfə olan tərcrübə”
Ad günü olan şəxsə onun həyatı boyu etmədiyi və etdikdən sonra unutmayacağı bir təcrübəni hədiyyə edin. Misal üçün “ekstremal idman növləri”, “tank sürmək”, “hava borusunda uçmaq” və s.
Peşəkar dərsi hədiyyə edin
Əgər ad günü olan yaxınınız xizək sürməyi xoşlayırsa, ona bu sahədə artıq peşəkar xizəkçidən təlim kursu hədiyyə edin. Tennis həvəskarıdır? Peşəkar tennisçi ilə oyun hədiyyə edin.
Müxtəlif cihazlar
Misal üçün virtual klaviatura dəsti, daşına bilən şəxsi wi-fi dinamikləri, fitnes-saat (atılmış addımların sayını, nəbzi, yolu və yuxu vaxtınızın müddətini izləyən cihaz), qulaqcıqlar və s.
Video çəkin
Telefonunuza onun bütün dostlarının iştirak etdiyi və ad günü olan şəxs haqqında nəsə yaxşı şey dedikləri bir video-çarx çəkin. Belə qısa videonu çəkmək, üzərinə musiqi yerləşdirmək və yazılar əlavə etmək kifayət qədər asandır. Bu məqsədlə smartfonlar üçün bir çox pulsuz mobil tətbiqlər və kompüter üçün proqramlar mövcuddur.
Teatr, konsert, balet, opera və ya başqa nəyəsə biletlər
Əgər ad günü olan dostunuzun bu və ya digər vaxtda şəhərdə olacağını və ya boş vaxtının olacağını bilmirsinizsə, ən yaxşısı ona hədiyyə sertifikatı təqdim edin. Bu hədiyyə qiyməti baxımından adi üzqırxan dəsti və ya qalstuk dəyərində ola bilər, ancaq onun bəxş edəcəyi təəssüratlar unudulmaz olacaq.
Uzaqdan idarəedilən vertolyotlar, maşınlar, dronlar (PUA) və digər oyuncaqlar da hədiyyə edə bilərsiniz.
Yekun
Hədiyyə vermək böyük xoşbəxtlik hissi bəxş etmək deməkdir. Ələxsus da təbrik etdiyiniz şəxsin sizin verdyiniz hədiyyəyə ehtiyacı olduğunu bildiyiniz zaman ikiqat zövq yaşayırsınız. İmkanlı dostunuzu təəccübləndirmək üçün çoxlu bahalı hədiyyələr almaq lazım deyil. Çünki qiymət baxımından bir çox şeylər sizin cibinizə uyğun olmaya bilər. Varlı dostunuza ən yaxın insanlarınıza (həyat yoldaşınız, övlad və valideyinləriniz) xərclədiyinizdən daha çox xərcləməyə can atmayın.
Fantaziyanıza müraciət edin: ona maraqlı vaxt, yeni təcrübə, qiymətli xatirə, gülməli hədiyyə bəxş edin. Əmin olun ad günü olan şəxs belə fantaziya ilə seçilmiş, hazırlanmış, alınmış hədiyyənizi bəyənəcək.