Yeni il günlərində Bakıda Şaxta Baba, Qar qız kimi fəaliyyət göstərmək üçün bu günə qədər 6 nəfər müraciət edib.
Bunu açıqlamasında Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, Şaxta Baba, Qar qız və fotoqraflara Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödənilir.