02 Noyabr

Bakıda yaşayanlar rayondakılardan kasıbdır? – ÜNVANLI YARDIM SİYAHISI

Azərbaycanda ən çox ünvanlı sosial yardım alanlar Lənkəran rayonundadır. Fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytına istinadən xəbər verir ki, bu rayonda 3 089 ailə yardım alır. Siyahıda ikinci region Sumqayıtdır- 3 079 nəfər. Üçüncü yerdə olan Masallıda isə 3006 ailə ünvanlı sosail yardım təyin edilib.

Məcburi köçkünlərin sayı daha azdır

Ölkədə ən az yardım verilən rayon Xocalıdır. Bu rayonda cəmi 43 ailəyə sosial yardım təyin edilib. Ümumiyyətlə, siyahıda işğal altında olan rayonlardan olan vətəndaşların sayı digərləri ilə müqayisədə çox azdır. Adi rayonlara gəlincə, ən az sosial yardım Naftalandakı ailələrə verilir – burada cəmi 108 ailə sosial yardım alır. Xızıda cəmi 191, Ağstafada 349, Oğuzda cəmi 380 ailə yardım alır.

Bakının ən kasıb və ən varlı rayonları

Bakının rayonlarına gəlincə, ünvanlı yardım barədə məlumatlar göstərir ki, paytaxtda ən yaxşı yaşayanlar Səbail rayonunun sakinləridir. Bu rayonda cəmi 255 ailə sosial yardım alır. Müqayisə üçün bildirək ki, Suraxanı və Binəqədidə yardım alan ailələrin sayı 1800-1900 arasındadır. Ümumilikdə isə Bakıda ən kasıb ailələr Xəzər rayonundadır – bu rayonda yardım alan ailələrin sayı 3 min nəfərdir.

Binəqədi – 1 964 ailə

Xətai- 1 633 ailə

Xəzər – 2 926 ailə

Qaradağ – 982 ailə

Nərimanov – 1 156 ailə

Nəsimi – 802 ailə

Nizami- 1 016 ailə

Sabunçu - 1810 ailə

Səbail - 255 ailə

Suraxanı – 1 738 ailə

Yasamal – 1 379 ailə

Bakıda yaşayanlar rayondakılardan kasıbdır?

Ən maraqlısı odur ki, Bakının bəzi rayonlarda yardım alanların sayı, bölgələrdən artıqdır. Belə ki, qeyd edildiyi kimi, Xızıda cəmi 191 ailə, Ağstafada 349 ailə, Oğuzda 380 ailə, Qobustanda 495 ailə, İsmayıllıda 656 ailə, Zərdabda 688 ailə, Hacıqabulda 714 ailə, Qaxda 750 ailə yardım alır. Baxmayaraq ki, ünvanlı yardım alınması üçün ehtiyac meyarı bütün ölkə üçün eynidir və 105 manat təşkil edir.

Müşahidələr göstərir ki, bölgələrdə yardım alanların sayını azlığının əsas səbəbi yardım üçün tətbiq olunan müxtəlif standartlar və mövcud olan problemlərdir. Məsələ bundadır ki, torpaq sahəsinin olması ünvanlı sosial yardımdan imtina üçün əsasdır- bölgələrdə isə əksəriyyətin pay torpağı var. Ona görə də bu amil ünvanlı sosial yardımla bağlı müraciətləri azaldır. Digər tərəfdən, yeni qaydalara görə, ünvanlı yardımla bağlı müraciətlər yalnız elektron şəkildə edilməlidir. Deməli, yardım üçün müraciət etmək üçün kompüter və internetin olması tələb olunur. Bölgələrdə, xüsusilə kəndlərdə isə bu imkanlar çox məhduddur. Bütün bunlır ünvanlı yarlım üçün bölgələrdən edilən müraciətləri və yardım alan ailələrin sayını azaldır.

Fins.az ünvanlı sosial yardım alan vətəndaşların rayonlar üzrə sayını sizə təqdim edir.

Abşeron – 1656 ailə

Ağcabədi - 1 523 ailə

Agdam – 1 647 ailə

Ağdaş – 1 380 ailə

Ağstafa -349 ailə

Ağsu – 1 135 ailə

Astara – 2 510 ailə

Balakən – 1 101 ailə

Beyləqan – 1 767 ailə

Bərdə - 2 127 ailə

Biləsuvar – 2154 ailə

Binəqədi – 1 964 ailə

Cəbrayıl - 186 ailə

Cəlilabad – 2 746 ailə

Daşkəsən – 869 ailə

Füzuli – 465 ailə

Gədəbəy – 1 297 ailə

Gəncə - 2 668 ailə

Goranboy – 1 732 ailə

Göyçay -1 133 ailə

Göygöl – 1 083 ailə

Hacıqabul – 741 ailə

Xaçmaz – 2 202 ailə

Xətai- 1 633 ailə

Xəzər – 2 926 ailə

Xızı – 191 ailə

Xocalı – 43 ailə

Xocavənd – 117 ailə

İmişli- 1282 ailə

İsmayıllı – 656 ailə

Kəlbəcər -320 ailə

Kürdəmir - 1 574 ailə

Qax – 750 ailə

Qaradağ – 982 ailə

Qazax – 1 267 ailə

Qəbələ - 781 ailə

Qobustan – 495 ailə

Quba – 2 026 ailə

Qubadlı – 279 ailə

Qusar- 1 335 ailə

Laçın- 516 ailə

Lerik- 825 ailə

Lənkəran – 3 089 ailə

Masallı – 3 006 ailə

Mingəçevir – 1 128 ailə

Naftalan - 108 ailə

Neftçala- 956 ailə

Nərimanov – 1 15 6 ailə

Nəsimi – 802 ailə

Nizami- 1 016 ailə

Oğuz -380 ailə

Saatlı – 1 608 ailə

Sabirabad – 1 748 ailə

Sabunçu - 1810 ailə

Salyan - 1792 ailə

Samux - 762 ailə

Səbail - 255 ailə

Siyəzən - 568 ailə

Sumqayıt - 3 079 ailə

Suraxanı – 1 738 ailə

Şabran - 993 ailə

Şamaxı - 1 261 ailə

Şəki – 2 154 ailə

Şirvan - 877 ailə

Şəmkir- 2653 ailə

Şuşa- 283 ailə

Tərtər- 1 005 ailə

Tovuz – 2 436 ailə

Ucar- 1 149 ailə

Yardımlı – 1 591 ailə

Yasamal – 1 379 ailə

Yevlax – 1 728 ailə

Zaqatala – 1 791 ailə

Zəngilan - 231 ailə

Zərdab – 688 ailə

Hər rayondan ünvanlı sosial yardım alan ailələrin adları və vəsaitin məbləğlərı ilə bu linkdən tanış ola bilərsiz.

http://www.mlspp.gov.az/az/pages/6/251

Yeri gəlmişkən, əgər siyahıda sosial yardım almasını ədalətli hesab etmədiyiniz ailələr varsa, yəni hesab edirsinizsə ki, həmin ailəyə sosial yardım düşmür, bu barədə ƏƏSMN-nə məlumat verə bilərsiz.