02 Noyabr

Ədliyyə Nazirliyində yeni təyinatlar olub

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində İnzibati Nəzarət idarəsinə yeni rəis təyinatı olub. Fins.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmriylə nazirliyin Göyçay regional şöbəsinin rəisi Ruslan Osmanlı İdarənin rəisi təyin edilib.

Nazirin digər əmriylə Nazirliyin Lənkəran regional şöbəsinin rəisi İlkin Nəcəfova İcra Baş İdarəsinin rəis müavini vəzifəsi həvalə edilib.

Xatırladaq ki, R.Osmanlı və İ.Nəcəfov əvvəl Bələdiyyələrlə İş mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışıblar.

Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin Göyçay və Lənkəran regional şöbələrinin rəisi vəzifəsi vakant olaraq qalır.

Mənbə: Belediyye.info